“Sumqayıt”ın iki futbolçusu uzun müddətə sıradan çıxdı

15.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçuları Rüstəm Əhmədzadə və Jeam Oliveyra bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə Sport24.az-a klubdan məlumat verilib.
Rüstəm Əhmədzadə 2, Jeam Oliveyra isə 6-8 həftə ərzində kollektivdən ayrı düşəcək. 
Qeyd edək ki, "Sumqayıt" Misli Premyer Liqasının 8-ci turunda, sabah öz meydanında "Araz-Naxçıvan"ı qəbul edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью