Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Sumqayıt”ın iki futbolçusu qarşıdakı beynəlxalq oyunlar üçün ölkələrinin milli komandalarına çağırılıb.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi Sedrik Badolo Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə keçiriləcək matçlar üçün Burkina-Faso yığmasına cəlb olunub.
Müdafiəçi İmani Barker isə CONCACAF Millətlər Liqasının B Liqasında Kayman Adaları və Puerto Riko ilə qarşılaşmalar üçün Qayana millisinin heyətinə dəvət alıb.