Sumqayıtın ikinci rəqibi bəlli olub

11.01.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışı dönəmində ikinci yoxlama görüşünü keçirəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" I Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək.

Oyununyanvarın 14-də Sumqayıtda keçiriləcəyi dəqiqləşsə də, matçın başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, Vaqif Cavadovun çalışdırdığı komanda ilk yoxlama görüşündə "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью