Sumqayıtın inkişafına töhfə verən xanımlara fəxri fərmanlar təqdim edilib FOTOLAR

08.03.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıtda cəmiyyətin müxtəlif sahələrində yüksək nailiyyətlər qazanan, şəhərin inkişafına töhfə verən bir qrup qadına fəxri fərmanlar təqdim olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 5 mart 100 saylı sərəncamında qeyd olunub. 

Sərəncama əsasən Sumqayıt Bələdiyyəsinin də 4 xanım əməkdaşı fəxri fərmanla təltif olunub. Onların arasında Sədr müavini Nərmin Mehdiyeva, şöbə müdiri Aygün Məhərrəmova, şöbə müdirinin müavini Xavər Əliyeva və Vahid Vergilər Mərkəzinin əməkdaşı Nərmin Orucova da var.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью