Azertag saytına istinadən Icma.az xəbər verir. Sumqayıt, 23 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Sumqayıtı
Şəhərin 75 illiyi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə o
“Ermənistan Qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayət törədib” - deyən deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliye
O, dövlət başçısının bu məsələdəki qətiyyətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
“Prezident İlham Əliyevin söylədiyi kimi, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq.
Ermənistan başa düşməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur.
Biz, sadəcə, onlardan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik.
Ermənistan hökuməti, həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır”.Sonra çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, İcmanın Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü Mahirə Nağıqızı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, şair Əvəz Mahmud Lələdağ 1948-1953-cü illərdə Qərbi azərbaycanlıların öz yurdlarından deportasiya olunanda onların ilk gəldikləri ünvanlardan birinin də məhz Sumqayıt olduğunu qeyd ediblər.Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların rolundan danışan natiqlər icmanın fəaliyyəti üçün bu gün şəhərdə gözəl şərait yaradıldığını vurğulayıblar.