“Sumqayıt”ın legioneri: “Həm hücum, həm də müdafiəmizə söz ola bilməzdi”

15.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əslində "Sərhədçi"yə uduzduğumuz ilk matçda da yaxşı oynamışdıq. İkinci görüşdə isə ümumiyyətlə mükəmməl idik”.

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın basketbolçusu Zayon Yanq deyib.

Legioner Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin "Sərhədçi" ilə seriyası haqda fikirlərini açıqlayıb: “Kollektiv olaraq var gücümüzü ortaya qoyduq. Həm hücum, həm də müdafiəmizə söz ola bilməzdi. Fikrimcə, seriyanın həlledici görüşündə qalib gələn tərəf "Sumqayıt" olacaq! Çərşənbə günü azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onların hamısını arenaya səsləyirəm. Hətta Bakıdan olan fanatlarımız da Sumqayıta gəlsin!".

Qeyd edək ki, “Sumqayıt” 100:97 hesablı qələbə ilə seriyada bərbərliyə nail olub. Komandalar arasında həlledici görüş sabah baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью