Sumqayıtın məşhur binası sökülür?

30.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək yerində yaşayış binasının inşa ediləcəyi iddia edilir.

Həmçinin qeyd edilir ki, peşə məktəbinin binasında məskunlaşan sakinlərin köçürülməsinə də başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən oxu.az-a verilən məlumatda bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Vurğulanıb ki, qeyd edilən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью