“Sumqayıt”ın “Neftçi” ilə oyununun yeri dəyişdi

28.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında yeni mövsümün ilk turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçının yeri dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.

Qeyd edək ki, sözügedən oyun avqustun 16-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью