“Sumqayıt”ın oyunu üçün biletlər satışa çıxarıldı

23.06.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində 30 avqust, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Araz Naxçıvan” qarşılaşmasının biletləri artıq satışdadır.

Futbolpress.az xəbər verir ki, biletləri “iticket.az” saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 15:00-20:00 arası, oyun günü isə 14:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

“Sumqayıt” 4 turdan sonra 6 xalla 5-ci sıradadır. “Araz-Naxçıvan” isə 4 xalla 8-cidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью