Sumqayıtın oyununun biletləri satışda

02.12.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində 4 dekabr, saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - MOİK qarşılaşmasının biletləri artıq satışdadır.

Sportal.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyun günü isə 14:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti 1 manatdır.

iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью