Sumqayıtın oyununun biletləri satışda

03.12.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində 4 dekabr, saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - MOİK qarşılaşmasının biletləri artıq satışdadır. Sport24.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyun günü isə 14:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti 1 manatdır.

iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью