“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi

18.11.2024

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa son olaraq çalışdırdığı Rusiya təmsilçisi “Sokol”dan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Saratov təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub ona gələcək karyerasında uğurlar arzulayıb. Əvvəllər BATE (Belarus), “Jalgiris” (Litva) və “Aktobe” (Qazaxıstan) kimi komandaları çalışdırmış belaruslu mütəxəssis 2021/2022 mövsümündə “Sumqayıt”ın baş məşqçisi olub.
“Sokol” hazırda Rusiya 1-ci Liqasında 16-cı yerdə qərarlaşıb. Komanda keçirdiyi 19 oyunda 19 xal toplayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью