“Sumqayıt”ın sabiq legioneri diskvalifikasiya olundu

28.08.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış etmiş basketbolçu Ceyvon Deniels dopinq istifadəsinə görə 3 ay müddətinə diskvalifikasiya olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Antidopinq Agentliyi məlumat yayıb. Oyunçunun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerləri aşkar edilib.

Diskvalifikasiya avqustun 1-dən oktyabrın 31-dək qüvvədə olacaq.

Qeyd edək ki, Deniels ötən il “Sumqayıt” komandasına qoşulub, amma sonra intizamsızlığına görə komandadan uzaqlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью