Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə XQ-yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.