“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

08.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək. Ayın 25-də Qəbələyə yola düşəcək komanda hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək. 

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə klubun rəsmi media platformalarında məlumat veriləcəyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью