Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi Foto

26.07.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.

Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir. 

Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.

Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəllimi və direktor müavini kimi fəaliyyət göstərib.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью