Sumqayıtlılar hamıdan öndə

01.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az xəbər verir ki, dörd matçda ümumilikdə 2896 fanat olub.
"Qarabağ" - "Səbail" görüşündə 546, "Sumqayıt" - "Sabah" qarşılaşmasında (0:4) 1500, "Zirə" - "Araz-Naxçıvan" duelində (0:2) 200, "Neftçi" - "Kəpəz" oyununda isə 650 tərəfdar qeydə alınıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin matçları apreldə keçiriləcək. Bu raundda "Qarabağ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sabah"la üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью