Sümüklərimiz üçün xeyirli və ziyanlı məhsullar

16.11.2024

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sümüklərinizi qocalana qədər sağlam və möhkəm saxlamaq istəyirsinizsə, qidalanmanızda mütləq bu kimi məhsullar olmalıdır:

- Süd məhsulları (süd, kəsmik, pendir, xama, qatıq və s.) kalsiumun əsas mənbəyidir. Kalsium sümüklərimiz üçün tikinti materialı funksiyasını yerinə yetirir. Həmçinin süd məhsulları D vitamini ilə zəngindir ki, bu vitamin kalsiumun orqanizm tərəfdən mənimsənilməsini təmin edir.

- Süd məhsullarında əlavə ispanaq, kərəviz, kahı, çuğundur yarpaqları, brokkoli kələmi kalsiumla zəngindir.

- Sardina, qızılbalıq, tunes, siyənək balığı sümüklər üçün vacib olan Omeqa-3 yağlı turşular, D vitamini və fosforla zəngindir.

- Qoz, badam, araxis, günəbaxan tumları, cücərdilmiş buğda sümüklər üçün vacib olan bir çox maddələrlə zəngindir.

- Ərik, üzüm, banan, kişmiş, əncir və əncir qurusu kaliumla zəngindir. Bu mineral  sümüklərin möhkəmləndirilməsinə kömək edir.

- Paxlalıların (noxud, lobya, mərci) tərkibində B vitamini çoxdur. Elmi araşdırmalar sübut edib ki, bu qrup vitaminlərin çatışmamazlığı nəticəsində sümüklər daha kövrək olur.

Çay, qəhvə və xüsusilə şirin qazlı içkilərin (müxtəlif limonadlar, koka-kola və s.) həddindən artıq çox miqdarda qəbulu sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kalsiumun orqanizm tərəfindən normal mənimsənilməsinin qarşısını alır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью