Sunami Yaponiyaya doğru irəliləyir

30.07.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamçatkadakı zəlzələdən sonra Yaponiyanın şərq və şimal-şərq sahillərinə doğru istiqamətlənən sunaminin hündürlüyü 3 m olacaq.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Ölkənin şərq, şimal-şərq və şimal bölgələrindəki sahilyanı ərazilərin sakinləri dərhal təxliyə olunmağa çağırılır. İlk dalğaların Yaponiyanın Sakit okean sahillərinə yerli vaxtla saat 10:30-da (Moskva vaxtı ilə 05:30) çatacağı gözlənilir.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью