Sunamilər, şok dalğaları... Orta ölçülü asteroid Yerə çırpılsa, nə olar? | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Alimlərin fikrincə, orta ölçülü bir asteroidin Yerə çırpılması planetin səthində genişmiqy
Qaynarinfo xəbər verir ki, "Science Advances" jurnalında yayımlanan son araşdırma bu cür toqquşmaların Yer kürəsinin iqliminə, bitki örtüyün
Araşdırmaya əsasən, Yerə yaxın orbitdə diametri 300 metrdən 1 kilometrə qədər olan təxminən 4 900 orta ölçülü asteroid mövcuddur.
Xüsusilə alimlərin diqqətini çəkən "Bennu" adlı asteroidin 2182-ci ilin sentyabrında Yerə çırpılma ehtimalı 2 700-də 1 olaraq hesablanıb.
Hərçənd bu ehtimal aşağı olsa da, belə bir hadisənin təsiri qlobal miqyasda ciddi böhrana səbəb ola bilər.
İlk təsir: Sunamilər, yanğınlar və şok dalğaları Araşdırmaya görə, orta ölçülü bir asteroidin Yerə çırpılması dərhal böyük dağıntılara yol açacaq.
Toqquşma nəticəsində nəhəng sunamilər yarana, şok dalğaları binaları yerlə yeksan edə və geniş ərazilərdə yanğınlara səbəb ola bilər.
Lakin alimlər hesab edir ki, əsas təhlükə bu ani fəlakətlərdən sonra baş verəcək uzunmüddətli ekoloji dəyişikliklərdə gizlənir.
Tam oxu
Xəbəri oxu