Süngündə yanğın olub

21.01.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 20-i gecə saatlarında Şərqi Azərbaycan əyalətinin Vərziğan rayonunda yerləşən Süngün mis mədəni kompleksin yanğın olub.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Qeyri-rəsmi məlumatlara görə, yanğın nəticəsində bir neçə nəfər ölüb və xəsarət alıb.

Süngün Mis Kompleksinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Fərdin Allahyari insan tələfatı barədə xəbərləri təkzib edib.

Yerli mənbələr yanğının kompleksin dizel yanacağı çənləri olan bölmədə qaynaq işləri aparılan zaman başladığını və başqa bölmələrə yayıldığını bildiriblər.

İşçi hərəkatı fəalları yanğının təhlükəsizlik qaydalarının riayət olunmadığı səbəbindən baş verdiyini qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью