Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qan Turalı yazır... Süni zəka ilə mübahisələr səngimək bilmir.
Bu mübahisələr bir kontekstdə, bir sual və bir mövzu ətrafında baş vermir.
Az qala hər gün bu müzakirələrə yeni bir rakurs, yeni bir ştrix, yeni bir perspektiv əlavə olunur. Bu təbiidir, çünki hər şey təzə başlayır.
Seuel Setzer - bu çətin adı yadda saxlayın. Seuel 14 yaşında bir oğlan idi. Niyə məhz "idi"? Çünki o daha yoxdur. İntihar edib.
Süni intellektin isə bu intiharda birbaşa əli var. Əvvəldən başlayaq.
"Game of Thrones" (Dilimizdə "Taxt-tac oyunları" kimi tərcümə edilmişdi) dünyanın ən məşhur seriallarından biri, bəlkə də birincisidir.
Ölkəmizdə də bu serialın çoxlu pərəstişkarı var. Bir süni intellekt şirkəti də bu serialın qəhrəmanları ilə ünsiyyət təklif edir.
Suevel də serialın əsas qəhrəmanlarından biri olan Dinaris Targeryanla söhbət edirdi.