Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata töhfəsi 22,3 trilyon dollara çatacaq.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Kiberməkan Tədqiqatları Akademiyasının hesabatında deyilir.
Hesabata görə, həmin dövrdə süni intellekt qlobal ÜDM-in təxminən 3,7%-ni təşkil edəcək. Belə ki, qlobal süni intellekt kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə doğru sıçrayış edir və elmi tədqiqatların genişlənməsinə töhfə verir.
Eyni zamanda, hesabatda regional inkişafda qeyri-bərabərliyin artdığı və süni intellekt sahəsində ölkələr arasında rəqəmsal uçurumun genişləndiyi vurğulanıb.
Gülşən Şərif