Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Süni intellektin istifadəsi ABŞ Nümayəndələr Palatasında qanun layihələrinin hazırlanmasını sürətləndirmək əvəzinə, əlavə iş yükü yaradır.
POLITICO-nun məlumatına görə, süni intellektlə hazırlanmış çoxsaylı qanun layihələrində hüquqi səhvlər, qanunvericiliyə yanlış istinadlar, eləcə də həddindən artıq qeyri-müəyyən və uzun ifadələrə rast gəlinir.
Qanunvericilik üzrə hüquqşünaslar bildirirlər ki, İİ tərəfindən hazırlanmış mətnləri düzəltmək bəzən qanun layihəsini sıfırdan hazırlamaqdan daha çox vaxt aparır. Bu isə onsuz da yüksək iş yükü altında olan müvafiq qurumun fəaliyyətini daha da çətinləşdirir.
Məmurlar xəbərdarlıq edirlər ki, bu cür səhvlər qanunların qəbulunu gecikdirə, məhkəmə çəkişmələrinə səbəb ola və dövlət qurumları ilə məhkəmələrin şərh etməsi çətin olan qarışıq hüquqi normaların yaranmasına gətirib çıxara bilər.
XQ