Süni intellekt artıq xəyallarımızı da görəcək Yeni dövr başlayır

10.11.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt artıq beyin dalğalarını oxuya bilir.

Bakıvaxtı.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, ABŞ və Avstraliyalı alimlər “zehin altyapısı” adını verdikləri yeni texnika ilə insan beyninin dərinliklərini oxumağı bacarıblar.

Süni intellekt bu üsulla yalnız düşüncələri deyil, xəyalları və məqsədləri də çözə bilir. Sistem beyin dalğalarını analiz edərək insanın ağlından keçənləri mətn halına gətirir. Üstəlik, bu proses bədənə müdaxilə olunmadan həyata keçirilir.

Mütəxəssislər bildirir ki, süni intellekt artıq insan kimi düşünməyin də o tərəfinə keçərək, bəzən istifadəçilərin yerinə xəyal qura və hədəflər müəyyənləşdirə bilir.

Elm dünyası hesab edir ki, bu inkişaf süni intellektin insan zehni ilə birləşməsi istiqamətində mühüm addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью