Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Süni intellekt artıq təkcə mətn və şəkil yaratmır, musiqi də bəstələyir. Xüsusi alqoritmlər vasitəsilə müxtəlif janrlarda mahnılar hazırlamaq, melodiyalar yaratmaq, vokalı emal etmək və bütöv musiqi əsərləri formalaşdırmaq mümkündür. Texnologiyanın bu imkanları musiqi sənayesində yeni mərhələnin başlanıb-başlamadığı ilə bağlı müzakirələri gücləndirib.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt musiqiçilər üçün yeni yaradıcılıq imkanları aça bilər. Bəstəkar və ifaçılar bu texnologiyadan yeni ideyaların formalaşdırılması, fərqli səslərin axtarışı və musiqi əsərlərinin hazırlanması prosesində yardımçı vasitə kimi istifadə edə bilərlər. Bununla yanaşı, süni intellektin insan tərəfindən yaradılmış əsərlər əsasında yeni musiqi hazırlaması müəllif hüquqları ilə bağlı sualları da gündəmə gətirir.
Musiqi sənayesində əsas müzakirələrdən biri süni intellektlə yaradılan əsərlərin hansı hallarda müəlliflik hüququ ilə qoruna biləcəyidir. Texnologiyanın imkanları genişləndikcə insan yaradıcılığı ilə süni intellektin rolunun necə bölüşdürüləcəyi məsələsi də aktuallaşır. Qarşıdakı dövrdə bu sahədə həm hüquqi, həm də etik qaydaların daha aydın müəyyənləşdirilməsi gözlənilir.
Səadət Rzayeva
XQ