Süni intellekt bəzi iş sahələrinə təsir edib | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son dövrlərdə süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub.
Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, süni intellektin bu cür inkişafının gələcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var.
Bəs həqiqətən də bu cür proqramlar bəzi ixtisasların ləğvinə səbəb ola bilərmi?
Ekspert Rəşad Əliyev hesab edir ki, narahatlıqlara ehtiyac yoxdur.
Əksinə, yaranan vəziyyət həmin iş sahələrinə müsbət təsir edəcək, onların inkişafına gətirib çıxaracaq.
Ekspertin fikrincə, süni intellekt insan faktorunu tam əvəz etməyəcək, sadəcə olaraq, bu sahələrdə çalışanların işini asanlaşdıracaq.
Tam oxu
Xəbəri oxu