Süni intellekt bu dəfə terror aktını planlaşdırdı

08.01.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

ABŞ-də yerləşən "Trump International Hotel"in qarşısında "Tesla Cybertruck"un partladılmasında şübhəli bilinən şəxs cinayətin planlaşdırılmasında süni intellekt (AI) "ChatGPT"dən istifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şəhər polisinin şerifi Kevin Makmahill mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu, ABŞ-də ChatGPT-dən belə məqsədlər üçün istifadə edilməsi ilə bağlı ilk məlum hadisədir.

Cinayətdə şübhəli bilinən Metyu Livelsberger süni intellektdən istifadə edərək terror aktı törətmək üçün ona nə qədər partlayıcı lazım olacağını öyrənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью