Icma.az, Cebheinfo saytına istinadən bildirir.
"Google DeepMind"-in hazırladığı "AlphaGenome Atlas" adlı yeni süni intellekt sistemi insan genomunda baş verə biləcək 9 milyard mümkün mutasiyanı və onların bioloji təsirlərini xəritələndirib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, sistem təxminən 3 milyard DNT hərfindən ibarət insan genomunda hər bir hərfin digər üç hərflə əvəzlənməsi nəticəsində yarana biləcək dəyişiklikləri təhlil edir.
Eləcə də onların mümkün nəticələrini proqnozlaşdırır. Ötən il təqdim olunan "AlphaGenome" modelinin proqnozları əsasında hazırlanan məlumat bazasının həcmi 1 petabayta çatır.
"AlphaGenome Atlas" genomun təxminən 98 faizini təşkil edən protein kodlamayan bölgələrin öyrənilməsinə də imkan verir. Sistem həmçinin AVI skoru vasitəsilə zərərli və zərərsiz genetik variantların fərqləndirilməsinə kömək edir.
"Google DeepMind" əvvəlcədən hesablanmış nəticələri tədqiqatçılar üçün birbaşa əlçatan etməklə xəstəliklərin və genetik dəyişikliklərin araşdırılmasını sürətləndirməyi hədəfləyir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin