Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müəllimləri düşündürən əsas sual odur ki, bu gün etdiklərimiz süni intellekt dövründə də effektiv olacaqmı?”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Sinqapur Müəllimlər İttifaqının baş katibi Mike Thiruman “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Sinqapur kiçik ölkə olmasına baxmayaraq, təhsil sistemində müəyyən nəticələr əldə edib. Onun sözlərinə görə, PISA 2025 nəticələrində Sinqapurun 15 yaşlı şagirdləri oxu üzrə birinci, riyaziyyat və təbiət elmləri üzrə isə ikinci yerdə qərarlaşıb.
Mike Thiruman qeyd edib ki, Sinqapur məktəbləri rəqəmsal cihazlardan istifadə etməklə tədris imkanlarına görə dünyada üçüncü yerdədir. Şagirdlərin sual verməyə hazırlığı baxımından da yüksək nəticələr göstərdiyini vurğulayan natiq bildirib ki, sual vermək öyrənmə prosesinin mühüm hissəsidir.
O əlavə edib ki, müəllimləri düşündürən əsas məsələ testlərdə uğur qazanmaq deyil, mövcud tədris yanaşmalarının süni intellekt dövründə də effektiv olub-olmayacağıdır.
Zeynəb Rzayeva