Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Yanvarın 31-də Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə "Süni İntellekt dünən - bu gün - sabah" mövzusunda görüş - müzakirə təşkil olunacaq. Tədbirin qonağı AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim Lütfizadənin elmi irsinin davamçısı, professor Rafiq Əliyevdir.
525.az xəbər verir ki, görüş zamanı süni intellektin müasir inkişaf istiqamətləri, elmi və praktiki tətbiqləri, eləcə də bu sahənin gələcək perspektivləri barədə geniş müzakirələr aparılacaq. Professor Rafiq Əliyev öz elmi təcrübəsini iştirakçılarla bölüşəcək.
Tədbirin əsas məqsədi gənclərin süni intellekt sahəsinə marağının artırılması, elmi düşüncənin təşviqi və innovativ texnologiyalar haqqında maarifləndirmənin gücləndirilməsidir.