Süni intellekt əsasında fərdiləşmiş yanaşmaya ciddi ehtiyac var Vüsal Qasımlı

24.06.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2030-cu ilədək artıq dünyada fintex bazarı ilə bağlı proqnozlar var. 600 milyard dollardan çox, təqribən 700 milyard dollara yaxın fintex bazarına vəsait cəlb ediləcək. Azərbaycan da 2030-cu ilədək bu sektorda müvafiq işləri hədəfləyib. SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün əsas diqqət yetirilməli istiqamətlərdən biri fintex sahəsidir:

"Biz artıq banka bir platforma biznesi kimi baxmalıyıq. Yəni bank artıq filal əsaslı, filial əsaslı mərkəz deyil. Biz bunu qəbul edirik ki, bank artıq platformadır. Cənab Prezidentin tapşırığı odur ki, biz bu platforma biznesini inkişaf etdirək. Bu, çox vacib məsələdir".

"Digər trend ondan ibarətdir ki, maliyyənin digər sektorları ilə - taksi xidmətindən tutmuş, digər ödənişlərə qədər, - maliyyə platformaları bir-biri ilə yaxınlaşmalıdır, inteqrasiya olunmalıdır. Digər məsələ, bu sahədə tənzimlənmələrin vacibliyidir. Məsələn, kirli pulların yuyulmasından tutmuş ödəniş sistemlərinin müxtəlif sferalarında tənzimləmələr vacibdir", - V.Qasımlı qeyd edib.

O vurğulayıb ki, süni intellekt əsasında fərdiləşmiş yanaşmaya da ciddi ehtiyac vardır:

"Bu gün etiraf edək ki, təhsildən tutmuş səhiyyəyə qədər bütün məsələlərdə fərdiləşmiş bir yanaşma var. Bank sektorunda da kredit tarixçəsindən tutmuş digər məsələlərə qədər süni intellekt texnologiyaları tətbiq edilməlidir".

"Digər amil "green tech"lə bağlıdır. Bildiyiniz kimi bizimi bank sektoru bu sahədə üzərlərinə 2 milyard manat vəsaitin cəlbi ilə bağlı öhdəlik götürüblər.

Sadaladığım bütün bu trendləri biz platforma biznesinə, banka gətirməliyik", - deyə V. Qasımlı fikrini tamamlayıb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

İqtisadiyyat

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

İqtisadiyyat

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib - YENİLƏNİB

İqtisadiyyat

Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq

İqtisadiyyat

AMB İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir

İqtisadiyyat

Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb

İqtisadiyyat

Azərbaycan nefti bir qədər də ucuzlaşıb

İqtisadiyyat

"İstehlakçıya yönəlik və texnologiya əsaslı yanaşmalar dominantlıq edir" - VÜSAL QASIMLI

İqtisadiyyat

Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir - İlham Əliyev

İqtisadiyyat

Nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb - AMB

İqtisadiyyat

Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq - Dövlət başçısı

İqtisadiyyat

İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir - YENİLƏNİB

İqtisadiyyat

Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb

İqtisadiyyat

“8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək - İlham Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью