Süni intellekt gəncləri milyarder etdi

16.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Forbes” jurnalının ABŞ-nin 400 ən varlı şəxsindən ibarət 2026-cı il reytinqində 40 yaşdan aşağı olan milyarderlərin sayı kəskin artaraq 4-dən 10-a yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, bu il siyahıya ilk dəfə addım atan 30 yaşlı gənclərin 7-si sərvətini birbaşa süni intellekt texnologiyaları sayəsində qazanıb.

Bu il “Forbes 400” reytinqinə düşmək üçün tələb olunan minimum kapitallaşma həddi rekord vuraraq 4,4 milyard dollara çatıb. Buna baxmayaraq, süni intellekt sektorunda çalışan 40 yaşdək 7 yeni iş adamı bu bariyeri rahatlıqla aşıb. pizza mizza

Milyarderlər siyahısına düşən yeni simalar:

“Anthropic” təsisçiləri: Şirkətin həmtəsisçiləri Tom Braun, Daniela Amodei, Cek Klark və Sem Makkendliyin hər birinin varidatı 15,5 milyard dollar həcmində dəyərləndirilir.

Qreq Brokman (“OpenAI”): 37 yaşlı “OpenAI” prezidenti 25,5 milyard dollarlıq kapitalı ilə reytinqə yeni daxil olanlar arasında ən zəngin şəxs olub.

Stiven Hao (“Cognition”): 30 yaşlı mütəxəssis 5,8 milyard dollarla siyahının ən gənc üzvüdür. Onun kod yazan “Devin” süni intellekt agentini yaradan şirkəti sentyabrda 48 milyard dollar qiymətləndirmə ilə 2 milyard dollar investisiya cəlb edib.

Palmer Laki (“Anduril”): Vaxtilə “Oculus”u “Facebook”a 2 milyard dollara satan 33 yaşlı Laki hazırda hərbi dron və süni intellekt proqramları istehsal edən şirkəti ilə 5,9 milyard dollarlıq sərvətə sahibdir.

Edvin Çen (“Surge AI”): Süni intellekt modellərinin təlimi və məlumatların emalı ilə məşğul olan 38 yaşlı sahibkarın sərvəti 18 milyard dollar təşkil edir.

Siyahıda öz zəhməti ilə deyil, miras hesabına yer alan yeganə gənc isə “Walmart” şəbəkəsinin qurucusunun nəvəsi, 39 yaşlı Lukas Uoltondur (44,4 milyard dollar).

Ən gənc 10 milyarderin ümumi sərvəti ötən ilki 357 milyard dollardan 169 milyard dollara düşüb. Bu kəskin azalmaya səbəb Mark Zukerberq kimi nəhənglərin yaş həddini keçərək artıq “gənclər” kateqoriyasından çıxmasıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью