Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ChatGPT çatbotunun yaradıcısı “OpenAI” ən son süni intellekt (Sİ) modelləri ilə işləyən bir proqramın təhlükəsizlik testi zamanı səhvə yol verdiyini və başqa bir startapın sisteminə kiberhücum həyata keçirdiyini etiraf edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “OpenAI”a istinadla BBC teleknalı məlumat yayıb.
“OpenAI”ın məlumatına görə, onun agenti keçən həftə test zamanı təhlükəsizlik divarını aşmağı bacarıb. Daha sonra o, dünyanın ən böyük süni intellekt modellərini paylaşan mərkəzlərindən biri olan “Hugging Face”i haker hücumuna məruz qoyub və şirkətin daxili sistemlərinə sızmağa nail olub.
“OpenAI” bunu görünməmiş bir hadisə adlandırıb. O, həmçinin, hadisənin səbəblərini və şəraitini araşdırmaq üçün “Hugging Face”lə əməkdaşlıq etdiyini bildirib.