“Süni intellekt haqqında” qanun tətbiq olunacaq

16.12.2025

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreya Respublikası 22 yanvar 2026-cı ildə ölkədə süni intellekt üzrə çərçivə qanununun qüvvəyə minəcəyini bəyan edib. Yerli mütəxəssislərin və ekspertlərin rəyinə görə, bununla, Cənubi Koreya vaxtında verilmiş qərara imza atmaqla, süni intellekt texnologiyalarının idarəetməsi sahəsində kompleks tənzimləməni tətbiq edən ilk ölkə olacaq.

Reyting.az xəbər verir ki, bu qanun eyni zamanda, milli süni intellekt komitəsinin yaradılmasını, üçillik inkişaf planını, şəffaflığın və təhlükəsizliyin təminatını, tələblərini, eləcə də bir çox süni intellekt sistemləri haqqında məlumatın açıqlanmasını nəzərdə tutur.

Avropa İttifaqında süni intellekt barəsində qaydalar bundan daha əvvəl qəbul edilsə də, qanunun əsas müddəaları 2026-cı ilin avqust ayından, bəzi normalar isə 2027-ci ildən tətbiq olunacaq. Cənubi Koreyada isə biznes dairələri, xüsusilə startaplar artıq yeni tələblərə hazır olmadıqlarını bildirirlər.

Ölkə üzrə aparılmış sorğunun nəticələrinə görə, koreyalı süni intellekt şirkətlərinin 98 faizi hələ ki, uyğunlaşma sistemi qurmayıb. Bununla belə, ekspertlər xəbərdarlıq ediblər ki, sərt qaydalar bəzi şirkətləri xidmətlərini məhdudlaşdırmağa və yaxud da məhsulları ölkə xaricində işə salmağa məcbur edəcək.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью