Süni intellekt hesabatları hiss etmir Ekspert

06.08.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Süni intellekt hər hansı təhlil apararkən internet resurslarındakı datalardan qidalanır və həmin dataların da resurslarda düzgün yerləşdirilməsi həmin dataların düzgün oxunması və interpretasiyası üçün həlledicidir”.

Bunu 525.az iqtisadçı ekspert Elman Sadıqov bildirib. Ekspertin sözlərinə görə, nə qədər peşəkar yanaşsa da, süni intellekt hesabatları hiss etmir, sadəcə mövcud əmsal/nisbətlər əsasında təhlillər verir:

“Onu da qeyd edim ki, süni intellektin verdiyi təhlilin səviyyəsi və dərinliyi o təhlili istəyən şəxsin peşəkarlıq səviyyəsi və o işi bilməsi səviyyəsindən asılıdır. Nəyi niyə harada axtardığını bilməyən bir insan süni intellektdən istədiyi dərinlik və peşəkarlıq səviyyəsində təhlil əldə edə bilməz”.

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью