Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Disney" şirkətində çalışan Metyu Van Andel süni intellekt vasitəsilə həyata keçirilən dəhşətli kiber hücumun qurbanı olub.
Hücumçular qısa müddətdə Van Andelin şəxsi və peşəkar məlumatlarına daxil olaraq ailəsinin təhlükəsizliyini risk altına atıblar.
Bu hücumun nəticəsi olaraq o, həm işindən olub, həm də ciddi maliyyə itkiləri ilə üzləşib.
Bəs, süni intellekt tətbiqləri nə dərəcədə təhlükəsizdir? Hücumçular hansı üsullardan istifadə edirlər?
Van Andelin yaşadığı faciəvi hadisə və ekspert rəyləri təqdim olunur.
Gözlənilməz hücum və alt-üst olan həyat Qaynarinfo xəbər verir ki, "Wall Street Journal"ın məlumatına görə, Van Andel ilk olaraq ona göndərilən onlayn mesajda şübhəli məqamlar görüb.
Lakin mesajda "Disney"in daxili "Slack" kanalına istinad edildiyini görəndə bunun ciddi pozuntu olduğunu anlayıb.