Süni intellekt ildə 765 milyard litr su sərf edir

09.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, su sərfinin əsas səbəblərindən biri məlumat mərkəzlərindəki serverlərin soyudulması, digəri isə elektrik enerjisinin istehsalıdır. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, dünyadakı məlumat mərkəzlərinin ümumi illik su istehlakı 2030-cu ildə 1,2 trilyon litrə çata bilər.
Araşdırmalara əsasən, süni intellektlə aparılan sorğu və söhbətlər də dolayı su istehlakı ilə əlaqəlidir. Xüsusilə su qıtlığı yaşayan bölgələrdə məlumat mərkəzlərinin fəaliyyəti mövcud ehtiyatlar üzərində əlavə təzyiq yarada bilər.
Mütəxəssislər su sərfini azaltmaq üçün daha səmərəli soyutma sistemlərinin tətbiqini, enerji istehlakının optimallaşdırılmasını və texnologiya şirkətlərinin su istifadəsi barədə şəffaf məlumat verməsini vacib hesab edirlər.

Aysel Muxtar
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью