Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Stanford Universiteti və "Google DeepMind" mütəxəssislərinin apardığı son tədqiqatlara görə, süni intellekt (Al) cəmi iki saatlıq müsahibə əsasında insanın davranış və xarakter xüsusiyyətlərini dəqiq şəkildə təqlid edən rəqəmsal "şəxsiyyət klonları" yarada bilər.
Qaynarinfo xəbər verir ki, "LiveScience" portalının məlumatına əsasən, tədqiqatçılar minlərlə insanın rəqəmsal nüsxələrini hazırlayıb.
Eksperimentdə iştirak edən şəxslərə həyat prioritetləri, dəyərləri və sosial problemlərə baxışları ilə bağlı suallar verilib.
Həmçinin, iştirakçılara məntiqi tapşırıqlar təqdim edilib ki, bu da qərar qəbul etmə mexanizmlərini daha yaxşı anlamağa imkan yaradıb.
Bu məlumatlar əsasında "agent modelləri" adlanan süni intellekt replikaları hazırlanıb.
Onlar insan davranışlarını 85%-ə qədər dəqiqliklə təqlid etməyi bacarıb, xüsusilə şəxsi sorğular və sosial mövzulardakı cavablarla bağlı.
Lakin qərar qəbulu tələb edən interaktiv tapşırıqlarda Al-ın performansı daha aşağı olub.