Lent az saytına istinadən Icma.az xəbər verir. Google DeepMind tədqiqatçıları 2 saatlıq söhbətdən sonra insan şəxsiyyətini təqlid edən AI si
Bu, süni intellektin inkişafının həm heyrətamiz, həm də qorxulu tərəfini göstərir.
Lent.az xarici KİV-ə istinadlaxəbər verir ki, ilk növbədə, bu süni intellekt sistemi, şəxslərlə aparılan dərin müsahibələr zamanı əldə edilən məlumatları təhlil edir.
Məlumatlar emal edildikdən sonra, şəxsin cavab vermə tərzini və davranışlarını simulyasiya edən bir “rəqəmsal şəxsiyyət” yaradılır.
Aparılan testlərdə sistemin verdiyi cavabların real şəxsin cavabları ilə 85% uyğun olduğu müəyyən edilib.
Sistemin uğuru isə 1000 könüllü ilə keçirilən təlim prosesi nəticəsində əldə olunub. Bəs bu sistem hansı məqsədlərə xidmət edəcək?
Yeni texnologiyanın, xüsusilə sosioloji araşdırmalar üçün inqilabi bir vasitə ola biləcəyi bildirilir.
Məsələn, bu üsulun ənənəvi sorğuları əvəz edəcəyi planlaşdırılır.