Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı iş adamı və milyarder İlon Mask bildirib ki, süni intellekt bu onilliyin sonuna qədər insanların ümumi intellekt səviyyəsini üstələyəcək.
Bakupost.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Dekabr ayında real təsvirlər yaratmaq üçün neyroşəbəkəsini təqdim edən Maskın fikrincə, süni intellektin hər hansı bir insanın intellektini keçməsi ehtimalı daha çox 2025-ci ilin sonuna, bəlkə də bütün insanların ümumi intellekt səviyyəsini keçməsi ehtimalı isə 2027–2028-ci illərə təsadüf edir.
"2030-cu ilə qədər süni intellektin bütün insanların ümumi intellektini keçmə ehtimalı 100%-dir" – deyə Tesla, SpaceX və Twitter-in rəhbəri yazıb.
Lalə Novruz