Süni intellekt insanı şoka saldı: Ölməlisən

20.11.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

ABŞ-da “Google” tərəfindən hazırlanan süni intellektli “chatbot” kömək istəyən tələbəyə dəhşətli cavab verib.

Publika.az xəbər verir ki, 29 yaşlı Vidhay Reddi “Google”-un süni intellekt “chatbot”u “Gemini”dən yaşlıların üzləşdiyi çətinliklərlə bağlı sual verib.

Lakin istifadəçi sualına ​​“Lütfən öl, lütfən” cavabını alıb. O, məruz qaldığı zorakılıqdan təəccüblənib: "Çox qorxduq. Bütün cihazlarımı pəncərədən atmaq istədim".

“Google" açıqlamasında süni intellektin bəzən mənasız cavablar verə biləcəyini iddia edib: "Bu cavab bizim siyasətlərimizi pozdu və oxşar hadisələrin baş verməməsi üçün hərəkətə keçmişik".

Roza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью