Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də yerləşən texnologiya şirkəti "Meta" tərəfindən hazırlanan və tətbiq daxilində istifadəçiləri dəstəkləmək üçün "Instaqram"-a inteqrasiya edilən süni intellekt çatbotunun ( süni intellekt əsaslı söhbət botunun) son zamanlar zərərli istifadəçilər tərəfindən sui-istifadə edildiyi ortaya çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı ABŞ mətbuatı məlumat yayıb.
Belə ki, söhbət botundan müəyyən bir "Instagram" hesabının yeni elektron poçt ünvanı ilə əlaqələndirilməsi tələb edilib. Bot isə həmin ünvana göndərdiyi təsdiqləmə kodu vasitəsilə hesabın şifrəsinin yenilənməsinə şərait yaradıb.
İddia edilirdi ki, bu proses zamanı zərərli şəxslər Meta-nın təhlükəsizlik tədbirlərini keçmək üçün VPN-lərdən istifadə edib və keçmiş ABŞ prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə edilən Obamanın rəsmi "Instaqram" hesabı da daxil olmaqla, bir sıra yüksək profilli hesablara daxil olublar.
"Meta" şirkətinin nümayəndəsi isə təhlükəsizlik boşluğunun aşkar edildikdən sonra problemin aradan qaldırıldığını açıqlayıb.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin