Süni intellekt iş axtarışında: Kömək edir, yoxsa bütün CV ləri eyniləşdirir?

09.12.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Süni intellektdən motivasiya məktublarının hazırlanmasında istifadə getdikcə daha da populyarlaşır, xüsusilə də gənc namizədlər arasında.

Bizimyol.info xəbər verir ki, "Indeed" şirkətinin araşdırması bunu təsdiqləyir.

"BoFEB" staj proqramının direktoru Jasper Lukkesen qeyd edir ki, məktublar daha savadlı və strukturlaşdırılmış olsa da, bir-birinə çox bənzəməsi halları ilə tez-tez raslaşırıq. Təkrarlanan ifadələr və şablon cümlələr yazıları daha az fərdi göstərir və namizədin özünəməxsusluğunu əks etdirmir.

Mütəxəssislər bildirirlər ki, süni intellekt düzgün istifadə olunduğu halda faydalı alət ola bilər. Məsələn, fikirlərin strukturlaşdırılmasına, vakansiyaya uyğunluğu yoxlamağa və müsahibəyə hazırlaşmağa kömək edir. Əsas məsələ şəxsi yanaşmanı qorumaq və özünüzə dair unikal detallar əlavə etməkdir.

Tilburq Universitetindən Jurre Holtrop: “Əgər süni intellekt sizin güclü tərəflərinizi düzgün ifadə etməyə kömək edirsə, faydası zərərindən daha çox olur”, - deyə bildirib. Karyera məsləhətçiləri süni intellekti əsas yaradıcı yanaşmanı əvəz edən deyil, ona dəstək olan bir köməkçi kimi görməyi tövsiyə edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью