Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellektin sürətli inkişafı iş dünyasında böyük dəyişikliklər yaradır.
Ölkə.az xəbər verir ki, ekspertlər bildirirlər ki, bəzi peşələr yaxın illərdə avtomatlaşdırma səbəbindən ciddi risklə üzləşə bilər, digərləri isə insan bacarığı tələb etdiyinə görə hələ uzun müddət təhlükəsiz qalacaq.
Analitiklər qeyd edirlər ki, AI daha çox təkrarçı və standart işləri avtomatlaşdıracaq.
Məsələn, məlumat daxil edən operatorlar, kassir və arxiv işçiləri AI tərəfindən daha sürətli və səhvsiz əvəz edilə bilər.
Bank və sığorta sektorunda sadə hesablama və faktura emalı işləri də avtomatlaşdırılma riski daşıyır.
Avtonom avtomobillər və dronlar taksi, yükdaşıma və çatdırılma işlərini əvəz edə bilər.
Chatbotlar və virtual köməkçilər standart sorğuları cavablandıraraq “call center” işçilərinin işini azalda bilər.