Süni intellekt Java da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı

18.11.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən geniş yayılmış proqramlaşdırma dillərindən biri olan "Java"da ciddi kibertəhlükəsizlik boşluğu aşkarlanıb. Bu zəiflik hakerlərə sistemin yaddaşına uzaqdan müdaxilə etmək və icazəsiz əmrlər yerinə yetirmək imkanı yarada bilər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kalif startapı boşluğu "OpenAI"ın yeni GPT-6 Cyber modelinin köməyi ilə aşkar edib. Model hələ ictimaiyyət üçün əlçatan deyil.

"Java4Shell" adlandırılan boşluq "Java"nın yaddaş idarəetmə sistemində müəyyən edilib. Mütəxəssislər problemin təxminən 12 ildir mövcud olduğunu bildirirlər.

"Java" "Apple" və "Amazon" kimi texnologiya nəhəngləri, eləcə də banklar, xəstəxanalar və dövlət qurumları tərəfindən istifadə olunur. Bank əməliyyatlarından tutmuş milli təhlükəsizlik və telekommunikasiya sistemlərinə qədər bir çox sahə bu proqramlaşdırma dilindən asılıdır.

Kibertəhlükəsizlik üzrə ekspert Pedram Hayati xəbərdarlıq edib ki, boşluq maliyyə sistemlərini, müştəri məlumatlarını və təşkilatların informasiya bazalarını təhlükə altına sala bilər.

"Java"nın sahibi "Oracle" şirkəti problemi rəsmən təsdiqləməsə də, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün kritik yeniləmə yayımlayıb. Hələlik hansı şirkət və platformaların bu zəiflikdən zərər gördüyü məlum deyil.

Kompüter elmləri üzrə professor Tobi Uolşun fikrincə, süni intellekt əvvəllər insanların aşkarlaya bilmədiyi kibertəhlükəsizlik problemlərini üzə çıxarmağı sürətləndirir.

Qeyd edək ki, Kalif startapı bundan əvvəl PHP proqramlaşdırma dilində də ciddi boşluq aşkarlamışdı. Həmin problemin təxminən 30 milyon internet saytını təhlükə qarşısında qoyduğu bildirilirdi.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью