Icma.az, Bizimyol saytına istinadən bildirir. Azərbaycan-Gürcüstan media forumu keçirilib.
Gürcüstanlı jurnalist, media eksperti Ramilə Əliyeva deyib ki, süni intellekt ənənəvi medianın əhəmiyyətini artıracaq: "İrəlidəki illərdə süni intellektin lisenziyalaşdırılması qaçılmaz olacaq".
O deyib ki, ChatGBT öz daxilində tənzimləmələrə başlayıb: "Çünki bəzi hallarda süni intellekt nəzarətdən çıxır".
Ramilə Əliyeva deyib ki, Gürcüstan mediası süni intellektdən geniş istifadə edirlər: " Süni intellektin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.
Gürcüstan üçün sosial şəbəkələrdə saxta xəbərlərin yayılması əsas problemdir".
O, sosial şəbəkə platformalarında lisenziyalı fəaliyyətə toxunub və sosial medianın zərərlərinin neytrallaşdırılmasının vacib olduğunu bildirib.
S.Əhmədli, bizimyol.info Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.