Süni intellekt məktəb dərsliklərini əvəzləyə bilər

08.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kağız dərsliklər sıradan çıxacaq? Azərbaycanda şagirdlərin təxminən yarısı dərslik, informasiya texnologiyaları avadanlığı, kitabxana və laboratoriya materiallarının çatışmadığı məktəblərdə təhsil alır. Bununla yanaşı, Azərbaycanda 15 yaşlı şagirdlərin yalnız 8 faizi məktəb tapşırıqları üçün süni intellekt çatbotlarından heç vaxt və ya demək olar ki, heç vaxt istifadə etmir.
Gələcək illərdə dərsliklərin tamamilə sıradan çıxması onun süni intellekti əvəzləməsi gözləniləndirmi?
Demokrat.az-a bu barədə açıqlama verən təhsil eksperti Elçin Əfəndi söyləyib ki, şagirdlərin dərsliklərdən və informasiya resurslarından istifadəsinin hər il daha da artdığını görürük:
“Xüsusilə ekran dərsliklərindən, PDF formatında olan dərsliklərdən və digər elektron resurslardan istifadə genişlənir. Əsas çətinliyimiz isə daha çox bölgələrdədir. İnternet çatışmazlığı və ya elektrik enerjisi ilə bağlı yaranan problemlər səbəbindən həmin ərazilərdə yaşayan şagirdlər bu alətlərdən bir o qədər də istifadə edə bilmirlər”.
Onun sözlərinə görə, tədricən gözlənti ondan ibarətdir ki, elektron dərsliklər mövcud kağız dərslikləri sıradan çıxara bilər:
“Eyni zamanda, süni intellekt alətləri və müxtəlif platformalar ümumi tədris prosesinə ciddi təsir göstərə bilər. Gələcəkdə ola bilsin ki, süni intellekt həm dərsliklər istiqamətində, həm də ümumi tədris prosesində şagirdlər üçün əlçatanlığın təmin olunması baxımından kağız daşıyıcılar üzərində olan dərsliklərdən daha çox əhəmiyyət kəsb etsin və önəm daşısın”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью