Süni intellekt moda dünyasını dəyişir

15.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ xəbər verir ki, süni intellekt moda sənayesində dizayn prosesindən tutmuş müştərilərə fərdi tövsiyələrin verilməsinə qədər müxtəlif istiqamətlərdə daha geniş istifadə olunmağa başlayıb.

Dizaynerlər yeni kolleksiyaların hazırlanması zamanı AI alətlərindən ideyaların formalaşdırılması, rəng və material kombinasiyalarının seçilməsi, eləcə də geyim modellərinin ilkin vizuallaşdırılması üçün yararlanırlar.

Texnologiya həmçinin onlayn alış-verişdə müştərinin zövqünə uyğun geyimlərin seçilməsinə imkan yaradır. Bu isə moda şirkətlərinə daha fərdiləşdirilmiş xidmət göstərmək imkanı verir.

Mütəxəssislər hesab edirlər ki, süni intellekt yaxın illərdə moda sənayesində yaradıcılıq və istehsal proseslərinin mühüm hissəsinə çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью