Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Məşhur süni intellekt modelləri arasında səhv etməyə daha çox meylli olan və yanlış faktları əminliklə təqdim edən "Grok-3"-dür.
Reyting.az bildirir ki, mütəxəssislərin keçirdiyi testlərdə modellərə bəzi xəbər mətnlərinin hissələri verilib və onlardan orijinal məqaləni, nəşri və URL-i müəyyənləşdirmək tələb olunub. Nəticələr göstərib ki, süni intellekt modeli olan "Grok-3" 94 faiz belə hallarda tamamilə hallüsinasiyaya düşüb.
Digər bir iştirakçı - süni intellekt modeli "Perplexity" isə hər kəsi təəccübləndirməyi bacarıb və ən dəqiq nəticə göstərən model kimi birinci olub.
Yeni testlərin nəticələrinə əsaslanan tədqiqatçıların ehtimalına görə, bir çox süni intellekt modelləri arasında hələ də müşahidə edilən "hallüsinasiyaya" qarşı ciddi tədbirlər görülməzsə, "xəstəlik" kütləviləşə bilər.
Oqtay QORÇU